reklam
Rauf Məmmədov Teymur və Şəhriyara qoşuldu
Sportfm.az xəbər saytı

Rauf Məmmədov Teymur və Şəhriyara qoşuldu


Azərbaycanı İsraildə keçiriləcək dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub.

Sportfm.az xəbər verir ki, Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və Rauf Məmmədov rapid üzrə yığmanın heyətində mundialda iştirak edəcək.

AŞF-in təşkil etdiyi seçim turnirinin nəticələrinə əsasən, Süleymanlı qalib olub. Hüseynov ikinci yeri tutub. Əsədli və Məmmədov isə yarışı 3-4-cü yerlərdə başa vurub.

Qeyd edək ki, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da 19 - 26 noyabrda keçiriləcək dünya çempionatında millinin şərəfini qoruyacaq.

 

Oxşar xəbərlər

Ən yüksək yerdə Rauf Məmmədov qərarlaşıb - DÇ
Dünya çempionatında iştirak edəcək şahmatçılarımız məlum oldu
Dünya çempionatı üçün seçim turniri
Millimiz Türkiyə ilə yoldaşlıq görüşündə qələbə qazandı
Moskvada rapid və blits üzrə dünya çempionatı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər