"Araz-Naxçıvan" Serbiya klubuna qarşı -Çempionlar Liqası
Azərbaycanı futzal üzrə Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" bu gün turnirin əsas mərhələsində növbəti oyununu keçirəcək.
Sportfm.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda 5-ci qrupda 2-ci görüşündə "Loznika Qrad" (Serbiya) ilə üz-üzə gələcək.
Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Hujdur Hujka Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Qrupun digər görüşündə Bosniya və Herseqovina "Mostar"ı İsveç "Erebru"su ilə qarşılaşacaq.
Qeyd edək ki, "Araz Naxçıvan" ilk matçda "Erebru"ya 2:5 hesabı ilə uduzub.
Çempionlar Liqası, əsas mərhələ, 2-ci tur
27 oktyabr
19:30. "Loznika Qrad" (Serbiya) - "Araz-Naxçıvan" (Azərbaycan)
22:00. "Mostar" (Bosniya və Herseqovina) - "Erebru" (İsveç)
Xallar: "Erebru" - 3, "Loznika Qrad" - 3, "Mostar" - 0, "Araz-Naxçıvan" - 0.
Oxşar xəbərlər
“Araz-Naxçıvan” üçün prestij matçı
"Araz-Naxçıvan" yenə uduzdu - Çempionlar Liqası
“Araz Naxçıvan” üçün tarixi sınaq - ÇL
"Araz Naxçıvan"ın oyunlarının başlama saatı açıqlandı - Çempionlar Liqası
"Araz-Naxçıvan"ın oyunlarının təqvimi bilindi - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası