reklam
“Qarabağ” – “Olimpiakos” matçına əlavə biletlər satışda
Sportfm.az xəbər saytı

“Qarabağ” – “Olimpiakos” matçına əlavə biletlər satışda


Bakıda “Qarabağ” və Yunanıstan “Olimpiakos”u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyunu üçün əlavə biletlər satışa çıxarılıb.

Sportfm.az xəbər verir ki, buna qonaq komandanın azarkeşlərinin matça gəlməməsi səbəb olub.

Klublar arasında əldə olunmuş razılığa əsasən, 28-ci sektorun biletləri də satışa çıxarılıb. Biletlər Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, “Iticket.az”-ın satış məntəqələrində (“iticket.az”-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda, eləcə də “28 mall” və “Gənclik mall” ticarət mərkəzlərində satılır.

Xatırladaq ki, 30, 31, 37 və 38-ci sektorlara biletləri yalnız kassalardan əldə etmək mümkündür. Kassalar saat 17:00-adək fəaliyyət göstərəcək.

Bu gün keçiriləcək “Qarabağ” – “Olimpiakos” görüşü saat 20:45-də başlayacaq.

Oxşar xəbərlər

“Qarabağ” - “Frayburq” matçının biletləri satışda - Avropa Liqası
"Qarabağ" - "Olimpiakos" matçına son 300 bilet
"Qarabağ" - "Olimpiakos" matçının biletləri satışda
"Qarabağ" - "Nant" matçının biletləri sabahdan satışda
“Qarabağ” – “Bazel” matçının biletləri satışa çıxarıldı - 3 manat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər