Misli Premyer Liqası 37-cidir
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) ortalama hər oyunda yaranan qol vəziyyətlərinə və vurulan qolların sayına əsasən ən yaxşı ölkə çempionatlarının siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, sıralamada 74 ölkənin çempionatı yer alıb.
Misli Premyer Liqasının 2022/23 mövsümündə hər oyunda ortalama 10,58 qol şansı qeydə alınıb, hər qarşılaşmada ortalama 2,60 qol vurulub. Bunlardan 0,22-si penaltilər olub. Azərbaycan çempionat bu hesabla 37-ci pillədə yer alıb.
Siyahıda lider Almaniya Bundesliqasıdır (12,96). Bu çempionatda geridə qalan turlar ərzində hər görüşdə ortalama 3,04 qol olub, bunların 0,22-si penaltilərdən vurulub. Niderland liqası 2-ci (ortalama 12,67 şans, 3,05 qol, 0,17-si penaltidən), Norveç çempionatı isə 3-cüdür (ortalama 12,41 qol şansı, 3,18 qol, 0,22-si penaltidən).
Oxşar xəbərlər
“Fənərbaxça”nın legioneri rekord qırdı
Premyer Liqamız 26-cı oldu
"Qarabağ" 1-ci, "Neftçi" 2-ci...
Premyer Liqamız dünyada 30-cudur - BİAM-i açıqladı
Premyer Liqanın intizamlı və intizamsız klubları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası