reklam
Millimiz 4-cü səbətdə -
Sportfm.az xəbər saytı

Millimiz 4-cü səbətdə -AVRO-2024


Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində, “Festhalle” sərgi mərkəzində AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi olacaq.

Sportfm.az xəbər verir ki, UEFA Millətlər Liqasının 2022/2023-cü illər mövsümünün qrup mərhələsinin yekununa əsasən tərtib edilmiş reytinq cədvəlinə uyğun olaraq, komandaların yer aldığı səbətlərin tərkibi məlum olub. Azərbaycan milli komandası 4-cü səbətdə yer alıb.
Püşkə əsasən, üç qrupda 6, digər yeddi qrupda isə 5 komanda olmaqla komandalar 10 qrupa bölünəcək. Millətlər Liqası səbətində olan 4 komanda 5 komandalı qruplarda yer alacaqlar. VI səbətdəki komandalar onlara rəqib olmayacaq. Qruplarda ilk iki pilləni tutan komandalar birbaşa AÇ-2024-ün final mərhələsinə vəsiqə əldə edəcəklər. Qalan 3 vəsiqə isə AÇ-nin seçmə mərhəlsində öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.
 
Səbətlərin tərkibi aşağıdakı kimidir:
 
UEFA Millətlər Liqası səbəti: Niderland, Xorvatiya, İspaniya, İtaliya;
1-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan, İsveçrə, Polşa;
2-ci səbət: Fransa, Avstriya, Çexiya, İngiltərə, Uels, İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya, Finlandiya;
3-cü səbət: Ukrayna, İslandiya, Norveç, Sloveniya, İrlandiya, Albaniya, Monteneqro, Rumıniya, İsveç, Ermənistan;
4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan, Lüksemburq, Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları, Şimali Makedoniya;
5-ci səbət: Slovakiya, Şimali İrlandiya, Kipr, Belarus, Litva, Cəbəllütariq, Estoniya, Latviya, Moldova, Malta;
6-cı səbət: Andorra, San Marino, Lixtenşteyn.
 
Qeyd: Almaniya ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə əldə edib. Almaniya millisi A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənar qalacaq.
 

Oxşar xəbərlər

Azərbaycan millisinin rəqibləri bilindi - AVRO-2024
Millimizin rəqibləri müəyyənləşəcək - Avro-2024
Millimiz Türkiyə ilə eyni səbətdə - AVRO-2024
Yığmamız hansı səbətdə yer alacaq? - Millətlər Liqası
Səbətlərin tərkibi müəyyənləşdi - DÇ-2022

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər