Yığmamız hansı səbətdə yer alacaq? -Millətlər Liqası
Dekabrın 16-da UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq.
Sportfm.az xəbər verir ki, tədbir İsveçrənin Montrö şəhərində keçiriləcək.
Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hər birində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq. C Liqasında yer alan Azərbaycan millisi püşkatmaya 3-cü səbətdən qatılacaq.
Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.
Səbətlərin tərkibi
A Liqası
1-ci səbət: Fransa, İspaniya, İtaliya, Belçika
2-ci səbət: Portuqaliya, Niderland, Danimarka, Almaniya
3-cü səbət: İngiltərə, Polşa, İsveçrə, Xorvatiya
4-cü səbət: Uels, Avstriya, Çexiya, Macarıstan
B Liqası
1-ci səbət: Ukrayna, İsveç, Bosniya və Herseqovina, İslandiya
2-ci səbət: Finlandiya, Norveç, Şotlandiya, Rusiya
3-cü səbət: İsrail, Rumıniya, Serbiya, İrlandiya
4-cü səbət: Sloveniya, Monteneqro, Albaniya, Ermənistan
C Liqası
1-ci səbət: Türkiyə, Slovakiya, Bolqarıstan, Şimali İrlandiya
2-ci səbət: Yunanıstan, Belarus, Lüksemburq, Şimali Makedoniya
3-cü səbət: Litva, Gürcüstan, Azərbaycan, Kosovo
4-cü səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Cəbəllütariq, Farer adaları
D Liqası
1-ci səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Lixtenşteyn, Malta
2-ci səbət: Latviya, San-Marino, Andorra
Millətlər Liqasının təqvimi
1-ci tur: 2 - 4 iyun
2-ci tur: 5 - 8 iyun
3-cü tur: 9 - 11 iyun
4-cü tur: 12 - 14 iyun
5-ci tur: 22 - 24 sentyabr
6-cı tur: 25 - 27 sentyabr
Final mərhələsi: 14 - 18 iyun 2023-cü il.
Oxşar xəbərlər
Millimiz Türkiyə ilə eyni səbətdə - AVRO-2024
Azərbaycan yığmasının rəqibləri məlum olacaq - Püşkatma
Səbətlərin tərkibi müəyyənləşdi - DÇ-2022
Millətlər Liqasının püşkü atılacaq
Azərbaycan millisi sonuncu səbətdə yer alacaq - Millətlər Liqasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" - "İmişli" - START HEYƏTLƏR
-
"Turan" Konfrans Liqasında, "Qarabağ" Avropa Liqasında iştirakını rəsmiləşdirdi
-
“Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “İmişli”yə qarşı - Premyer Liqa
-
Tunis millisinin heyəti açıqlandı - DÇ-2026 üçün
-
"Şamaxı" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
“Sabah” – “Neftçi” matçında canlı ifa















Misli Premyer Liqası