reklam
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul etdi -
Sportfm.az xəbər saytı

İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul etdi -FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçi qəbul edib.

Prezidentin saytında yayılan xəbərdə bildirilir ki, görüşdə Azərbaycanla Beynəlxalq Şahmat Federasiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ölkəmizdə idmanın digər növləri kimi, şahmatın inkişafına da dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi bildirilib. Azərbaycanlı şahmatçıların beynəlxalq yarışlarda qazandığı uğurlar qeyd olunub.

Söhbət zamanı ötən ay Şuşada keçirilən Beynəlxalq şahmat turnirinin əhəmiyyətinə toxunulub, oktyabrın 2-də Arkadi Dvorkoviçin Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışında iştirakından məmnunluq bildirilib.

Görüşdə gələcəkdə Azərbaycanda şahmat üzrə nəzərdə tutulan beynəlxalq əhəmiyyətli turnirlər barədə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Mahir Məmmədov FİDE-nin vitse-prezidenti seçildi
Şuşada beynəlxalq turnir keçiriləcək - Şahmat üzrə
FIDE Faiq Həsənovun yubileyini təbrik etdi
FİDE-də yeni prezident - vitse-prezident azərbaycanlı oldu
İlham Əliyev FİDE prezidenti ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər