reklam
“Qəbələ” Alim Nəbiyevlə müqaviləni uzatdı
Sportfm.az xəbər saytı

“Qəbələ” Alim Nəbiyevlə müqaviləni uzatdı


“Qəbələ” İdman Klubu və kikboksçu Alim Nəbiyev arasında müqavilənin müddəti uzadılıb.

Sportfm.az xəbər verir ki, 28 yaşlı idmançı ilə yeni sözləşmə bir illik nəzərdə tutulub.

İmzalanma mərasimindən sonra “qırmızı-qaralar”ın prezidenti Fariz Nəcəfov kikboksçu ilə görüşüb. Tədbirdə Nəbiyevin son döyüşü barədə fikir mübadiləsi aparılıb. Klub prezidenti Bakıda təşkil olunan Zabit Səmədovun vida döyüş gecəsində rumıniyalı Andrey Ostrovyanuya qalib gələn idmançını qələbə münasibətilə təbrik edib.

Nəcəfova idmançının növbəti sınağı barədə məlumat verilib. Klubun rəhbəri noyabrın 19-da “Qlory82” çərçivəsində baş tutacaq qarşılaşmada Nəbiyevə uğurlar arzulayıb. Titul döyüşündə Endi Semeleyerlə üz-üzə gələcək kikboksçu göstərilən dəstək üçün “Qəbələ” İdman Klubuna təşəkkür edib, bundan sonra da bütün döyüşlərə qələbə və Azərbaycan bayrağını zirvələrdə dalğalandırmaq üçün çıxacağını bildirib.

Oxşar xəbərlər

Zabit Səmədov karyerasını bitirdi
Fariz Nəcəfov Nəriman Abbasovla görüşdü
Nəbiyev Azərbaycan çempionu oldu - UĞUR
"Qəbələ" Nəriman Abbasova avtomobil hədiyyə etdi - FOTO
Fariz Nəcəfov Rafael Ağayevlə görüşdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər