reklam
Yığmamızın iki futzalçısına şəhərdən çıxmaq qadağası qoyuldu
Sportfm.az xəbər saytı

Yığmamızın iki futzalçısına şəhərdən çıxmaq qadağası qoyuldu


Sentyabrın 19-da və 20-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Sportfm.az əbər verir ki, Qazaxıstanın “Bayterek” klubunda çıxış edən Hadi Ahmadi və Amir Şojaei heyətdən çıxarılıb.

Buna səbəb hər iki oyunçuya Qazaxıstanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı klub tərəfindən edilən müraciətin müddətinin tamam olmaması və onların bununla əlaqədar hazırda yaşadıqları Uralsk şəhəri tərk edə bilməməsidir.

Əvəzində “Araz-Naxçıvan”dan Fərid Ələkbərov heyətə dəvət olunub.

Artıq Aktau şəhərində məskunlaşan yığma bu gün Bakı vaxtı ilə 16:30-da ilk məşqinə çıxacaq.

Oxşar xəbərlər

Sojaei millimizə dəvət edildi
Azərbaycan millisinin heyətində dəyişiklik
Millimiz Qazaxıstana yollandı
Azərbaycan millisinin heyəti açıqlandı
Millimizin üzvü Qazaxıstan klubunda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər