Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kökçü Azərbaycanın əsas millisinə dəvət aldı -İlk dəfə
Niderlandın "Eyndhoven" klubunda çıxış edən Ozan Can Kökçü Azərbaycanın əsas milli komandasına dəvət alıb.
Sportfm.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Slovakiya və Qazaxıstan yığmalarına qarşı UEFA Millətlər Liqasının oyunları üçün heyətə cəlb olunub.
Daha əvvəl Azərbaycanın U-21 millisində forma geyinən türkiyəli oyunçu ilk dəfə əsas yığmaya çağırılıb. O, yalnız 2020-ci ilin avqustunda Kipr və Lüksemburqla UEFA Millətlər Liqasının matçları üçün açıqlanan ehtiyat heyətdə olub. Lakin Kökçü toplanışda iştirak etməyib.
Qeyd edək ki, sentyabrın 22-də Slovakiyanın qonağı olacaq Azərbaycan yığması, 3 gün sonra Qazaxıstanı qəbul edəcək.
Oxşar xəbərlər
"Komanda yoldaşlarıma mənəvi dəstək olacağam" - Qara Qarayev
Krivotsyuk Azərbaycan millisinə dəvət aldı
Şenol Günəş millimizin iki üzvünü "Beşiktaş"ın əsas komandasına dəvət etdi
Dadaşov Azərbaycan millisinə dəvət aldı
Quliyev Rusiya yığmasına çağırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası