Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı oyunçu Ekstraliqada -RƏSMİ
Azərbaycan millisinin voleybolçusu Şəfaqət Alışanova karyerasını Macarıstanda davam etdirəcək.
Sportfm.az xəbər verir ki, 31 yaşlı toppaylayıcı “Elerre” klubuna keçib. O, artıq Ekstraliqanın debütantına qoşulub. Azərbaycan klubları ilə yanaşı, Polşa və Yunanıstanda da oynamış Şəfaqət əvvəllər də Macarıstanda çıxış edib.
Alışanova yeni klubuna keçməyinə şad olduğunu deyib:
“Elerre” ilə müqavilə imzaladığım üçün şadam. Bu, mənim üçün yeni təcrübə olacaq. Hədəfimiz çempionatda yaxşı çıxış etməkdir. Düşünürəm ki, bunun öhdəsindən gələcəyik”.
Şəfaqətin son komandası Yunanıstanın “Porfiras” klubu olub.
Oxşar xəbərlər
Millinin voleybolçusu "Azərreyl"də
“Azərreyl” əməkdaşlıq müqaviləsi imzaladı - “Acıbadəm” kluba sponsor olacaq
Yığma komandamızın üzvü İsrail klubuna transfer olundu
Yığmamızın üzvü Macarıstan klubu ilə müqavilə bağladı
Millimizin hücumçusu karyerasını Yunanıstanda davam etdirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası