"Uduzsam, bu, mənim son döyüşüm olmayacaq" -Zabit Səmədov
"Ola bilsin ki, bu mənim sonuncu döyüşüm olmasın".
Sportfm.az xəbər verir ki, bunu Bakıda vida döyüş gecəsi keçirəcək Azərbaycan kikboksçusu Zabit Səmədov deyib.
O bildirib ki, braziliyalı rəqibinə uduzsa, revanş döyüşü istəyəcək: "Əgər Antonio Silvaya uduzsam, mütləq revanş olacaq. Karyeramı qələbə ilə başa vurmaq istəyirəm".
O bildirib ki, kikboksçu Alim Nəbiyevi bu turnirə o dəvət edib: "Bildiyiniz kimi, mən Belarusda, o da Ukraynada yaşayıb. İstədim ki, doğma vətəndə – Azərbaycanda turnirdə çıxış etsin. Mənim sahib olduğum klubda məşq keçdi və dəvətimi yerə salmayıb turnirə qatılmağa razılıq verdi. Alim "Glory" turnirində çıxış edir. Kifayət qədər tanınmış idmançıdır. Belə bir idmançının burada çıxış etməsi də böyük üstünlükdür".
Qeyd edək ki, döyüş gecəsi sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək. (Report)
Oxşar xəbərlər
“Qəbələ” Alim Nəbiyevlə müqaviləni uzatdı
Zabit Səmədov karyerasını bitirdi
Azərbaycan kikboksçu Makqreqorla döyüşmək istəyir - FOTO
Azərbaycanlı “Professor” “Yırtıcı”nı məğlub etdi
Alim Nəbiyev “Glory” seriyalı yarışda qüvvəsini sınayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası