reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" "Frayburq"a uduzdu -Avropa Liqası


Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib.

Sportfm.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da ilk matçına çıxıb. Qurban Qurbanovun komandası G qrupunda Almaniya “Frayburq”unun qonağı olub. Ağdam təmsilçisi hazırda Bundesliqanın lideri olan komanda ilə çətin matçdan məğlub ayrılıb - 1:2. "Qarabağ"ın oyundakı yeganə qolunu isə 39-cu dəqiqədə Marko Veşoviç vurub.

Qrupun digər oyununda Fransa “Nant”ı Yunanıstan çempionu “Olimpiakos”u qəbul edib. Qarşılaşma "Nant"ın 2:1 hesablı qələbəsi başa çatıb.

8 sentyabr

Avropa Liqası

G qrupu

1-ci tur

23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan) - 2:1

Qollar: Vinçentso Qrifo, 7-pen. (1:0), Ritsu Doan, 15 (2:0), Marko Veşoviç, 39 (2:1)
Hakimlər: Erik Lambrexts, Co de Ueyrdt, Matias Hillaert, Uim Smet (Belçika)
Frayburq. “Volfsvinkel” stadionu

Oxşar xəbərlər

“Qarabağ” Avroliqaya vida etdi
“Qarabağ” pley-offa vəsiqəni Bakıya saxladı
"Olimpiakos" üçün ölüm-qalım matçı - YENİLƏNİR
"Qarabağ""Nant"ı böyük hesabla məğlub etdi - Avropa Liqası
"Qarabağ"ın qrupdakı oyunlarının təqvimi - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər