reklam
UEFA Türkiyə klubunu cərimələdi -
Sportfm.az xəbər saytı

UEFA Türkiyə klubunu cərimələdi -Azarkeşlərə görə


UEFA "Sivasspor"u cərimələyib.

Sportfm.az xəbər verir ki, buna səbəb Türkiyə təmsilçisinin fanatlarının Avropa Liqasının pley-off mərhələsində "Malmö" (İsveç) ilə cavab oyununda meydana yad maddələr atmasıdır. Ona görə də Superliqa təmsilçisi 31 min 500 avro məbləğində cərimələnib.

Eyni hərəkətə görə "Malmö" də cəzalandırılıb - 31 min 500 avro.

Qeyd edək ki, "Malmö" "Sivasspor"a qalib gələrək (3:1, 2:0)  Avropa Liqasının qrup mərhələsinə adlayıb. Türkiyə klubu isə yoluna Konfrans Liqasının qrup mərhələsində davam edəcək. Komanda bu gün 1-ci turda Çexiya "Slaviya"sı ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Oxşar xəbərlər

"Fənərbaxça" meydana çıxır - Avropa Liqası
Avroliqada pley-off cütlükləri
UEFA "Qarabağ"la oyuna görə "Marsel"i cərimələdi - Təxribat
UEFA "Qarabağ"ı növbəti dəfə cərimələdi
UEFA iki klubu cərimələdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər