Tərlan Əhmədov Rauf Əliyevi komandadan uzaqlaşdırdı -Sərt cəza
"Kəpəz"in yeni baş məşqçisi Tərlan Əhmədov komandanın hücumçusu Rauf Əliyevi məşqlərdən kənarlaşdırıb.
Sportfm.az "Fanat.az"a istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı məşq intizamını pozan forvardı sərt cəzalandırıb.
Klubun mətbuat xidmətindən verilən açıqlamada Raufun qeyri-müddətə əvəzedici komandaya göndərildiyi bildirilib:
"Futbolçunun "Səbail"lə matçda komandanı pis vəziyyətdə qoyması, həm cərimə olunması, həm də 5 oyunluq cəza alması "Kəpəz" kimi klublara çox təsir edir. Ümumiyyətlə, belə davranış həm klub, həm də komanda adına xoşagələn hal deyil. Tərlan müəllim baş məşqçi təyin olunandan sonra futbolçularla söhbət edərkən deyib ki, bu kimi davranışlar yolverilməzdir. O, hər kəsin özünü yaxşı tərəfdən göstərməli olduğunu bildirib və xəbərdarlıq edib.
Təəssüf ki, bu danışıqdan sonra baş tutan məşq prosesi zamanı Rauf tərəfindən idmançıya yaraşmayan hərəkətə yol verilib. Bu, həm məşqçilər korpusu, həm də komanda yoldaşlarına qarşı hörmətsizlik kimi dəyərləndirilib. Beləliklə o, baş məşqçinin qərarına əsasən əsas komandadan kənarlaşdırılıb. Rauf Əliyev yəqin ki, əvəzedici heyətdə çıxış edəcək".
Oxşar xəbərlər
Tərlan Əhmədovla müqavilənin müddəti açıqlandı
“Kəpəz” Tərlan Əhmədovu təqdim edəcək
"Kəpəz"in yeni baş məşqçisi Tərlan Əhmədov oldu - EKSKLÜZİV
"Keşlə"nin məşqçiləri kimlər olacaq? - Təsdiqləndi
"Neftçi"də Tərlan Əhmədovun daha bir "kadrı" "vuruldu" - ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası