reklam
Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq -
Sportfm.az xəbər saytı

Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq -Avropa çempionatı


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün 2023-cü il Avropa çempionatının seçmə qrup mərhələsində növbəti oyununa çıxacaq.

Sportfm.az xəbər verir ki, rəqib D qrupunun lideri Sloveniya millisi olacaq. Mariborda keçiriləcək görüşü İtaliya və Macarıstandan olan hakimlər idarə edəcək.

İki komanda arasında sentyabrın 3-də Bakıda keçirilmiş görüşdə Sloveniya qalib gəlib – 3:1. Hazırda Sloveniya yığması 11 xalla 1-ci, Azərbaycan isə 9 xalla 2-ci yerdədir.

Qrupun digər görüşündə 4 xala malik Avstriya xalı olmayan Gürcüstanı qəbul edəcək.

Sloveniya artıq Avropa çempionatına vəsiqəni təmin edib. Azərbaycan millisi isə Sloveniyaya yenə uduzacağı təqdirdə, qrup ikincisi kimi mərhələ şansını çətinləşdirəcək. Çünki Avstriya paralel görüşdə Gürcüstanı yenməklə, xalını 7-yə çatdıracaq və son turda Azərbaycan millisini ev oyununda məğlub etməklə qrup ikinciliyini ələ keçirə bilər.

VoleybolAÇ-2023-ün təsnifat mərhələsi

D qrupu

7 sentyabr

17:30 Sloveniya – Azərbaycan
Hakimlər: Armando Simbari (İtaliya), Peter Sabo (Macarıstan)
Maribor, “Sportna Dvorana Ljudski Vrt”.

Oxşar xəbərlər

Millimiz AÇ-2023-ə vəsiqə qazandı!
Millimiz Sloveniya önündə gücsüz qaldı
Yığmamız ilk məğlubiyyətini aldı - AÇ-2023
Millimiz qalib gəldi
Millimiz Sloveniyaya yollandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər