reklam
Millimiz Sloveniyaya yollandı
Sportfm.az xəbər saytı

Millimiz Sloveniyaya yollandı


Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Sloveniyaya yollanıb.

Sportfm.az xəbər verir ki, Eldar Yusubovun çalışdırdığı yığma mayın 30-dan başladığı məşqləri Mariborda davam etdirəcək.

Voleybolçularımız burada İslam Həmrəyliyi Oyunlarına və AÇ-2023-ün təsnifat mərhələsinə hazırlığın növbəti mərhələsini keçəcəklər. Mariborda toplanış iyulun 31-də yekunlaşacaq. Hazırlıq çərçivəsində millinin Sloveniya yığması ilə bir neçə yoxlama matçı da planlaşdırılır.

Voleybolçularımız AÇ-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya, İslam Həmrəyliyi Oyunlarında isə B qrupunda Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

Voleybol yığmamız Belarusa qarşı - Yoldaşlıq görüşü
Azərbaycan millisi Belarusa gedir
Voleybolçularımızın rəqibləri bəlli oldu - İslam Həmrəyliyi Oyunları
Voleybol millimiz nüfuzlu yarışların hazırlığına başladı
Azərbaycan millisinin hazırlıq planı bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər