reklam
“Frayburq” – “Qarabağ” matçının hakimləri -
Sportfm.az xəbər saytı

“Frayburq” – “Qarabağ” matçının hakimləri -Avropa Liqası


Almaniyada “Frayburq” və “Qarabağ” arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 1-ci tur oyununun təyinatları açıqlanıb.

Sportfm.az xəbər verir ki, matçı Belçikadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Erik Lambrextsə Jo de Veirdt və Matias Hillert laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Vim Smet yerinə yetirəcək.

VAR hakimləri fransalı Benua Miyo və Villi Delajo olacaq.

Qarşılaşmanın hakim-inspektoru ispaniyalı David Fernandes Borbalan, UEFA nümayəndəsi isə ingiltərəli Conatan Lizedir.

Sentyabrın 8-də Frayburq şəhərindəki “Europa-Park” stadionunda keçiriləcək oyun saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər

"Qarabağ" - "Frayburq" oyununun hakimləri - Avropa Liqası
“Qəbələ”nin Avropadakı matçının hakimləri bilindi
“Viktoriya” – “Qarabağ” matçının hakimləri açıqlandı
“Qarabağ” – “Viktoriya” matçının hakimləri - Çempionlar Liqası
“Qarabağ” - “Düdelanj” oyununun hakimləri açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər