Azərbaycanlı iş adamı məşhur futbol klubunu ələ keçirdi -RƏSMİ
“Lukoyl” “Spartak” futbol klubunun və “Otkritie Bank Arena” stadionunun səhmlərinin hamısını ələ keçirdiyini elan edib.
Sportfm.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti “VKontakte”də paylaşım edib.
20 ildən artıqdır ki, "qırmızı-ağlar"ın baş sponsoru olan, azərbaycanlı iş adamı Vahid Ələkbərovun rəhbərlik etdiyi "Lukoyl" yeni planlarını açıqlayıb: “Yaxın vaxtlarda “Lukoyl” idman sənayesində uğurlu təcrübəyə malik peşəkarları cəlb etməklə klub idarəetmə sisteminin təkmilləşdirilməsinə yönəlmiş bir sıra strateji təşəbbüslər həyata keçirməyi planlaşdırır. Şirkətimiz klub infrastrukturunun fəal inkişafını davam etdirəcək, xüsusən də akademiya üçün şərait yaradılacaq. Şirkət həmçinin, Tuşinoda universal idman zalının və otelin tikintisində investor kimi çıxış edəcək.
Bu təşəbbüslərin, “Lukoyl”un və klubun digər tərəfdaşlarının davamlı sponsorluğu sayəsində “Spartak”ın mövqeyinin daha da möhkəmlənəcəyinə, onu yeni qələbələrə aparacağına inanırıq”.
Qeyd edək ki, bu dəyişikliklərə görə Leonid Fedun 18 il işlədiyi “Spartak”ın prezidenti postunu tərk edib.
Rusiya çempionatının bu mövsümündə “qırmızı-ağlar” altı oyunda 13 xal toplayıb və turnir cədvəlində ikinci yerdədir.
Oxşar xəbərlər
Bir klub üçün 4 milyard funt sterlinq
“Bakı “Spartak” üçün yaxşı variantdır" - Anzor Kavazaşvili
Azərbaycanlı oliqarxın oğlu klub rəhbəri oldu - Rusiyada
"Spartak"ın prezidenti koronavirusa yoluxdu
Azərbaycanlı milyaderdən "Spartak" açıqlaması
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası