reklam
“Şamaxı” “Səbail”lə bərabərə qaldı -
Sportfm.az xəbər saytı

“Şamaxı” “Səbail”lə bərabərə qaldı -Misli Premyer Liqası


Bu gün Misli Premyer Liqasında 3-cü tura start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Səbail” Şamaxıda eyniadlı komandanın qonağı olub. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Avqustun 20-də keçiriləcək turun mərkəzi matçında “Neftçi” “Sabah”la üz-üzə gələcək. Bir gün sonra “Kəpəz” “Qəbələ” ilə, “Zirə” “Sumqayıt”la qarşılaşacaq.

Bu turun “Turan Tovuz” – “Qarabağ” oyunu “köhlən atlar”ın Çexiyada “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.

Misli Premyer Liqası, 3-cü tur

19 avqust

Şamaxı – Səbail 1:1
Qol: A.Yunanov, 71 – R.Hacıyev, 20.
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu.

Oxşar xəbərlər

33-cü və 34-cü turun oyun cədvəli - Misli Premyer Liqası
“Səbail" “Sabah”a, “Sumqayıt” “Neftçi”yə qarşı - YENİLƏNİR
“Qəbələ” və “Sabah” qələbə sorağında - YENİLƏNİR
“Zirə” “Neftçi”yə qarşı - YENİLƏNİR
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər