reklam
AFFA UEFA-ya müraciət etdi -
Sportfm.az xəbər saytı

AFFA UEFA-ya müraciət etdi -Erməni təxribatı ilə bağlı


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Ermənistanda "Pünik" və Serbiyanın "Srvena Zvezda" komandası arasında keçirilmiş UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu zamanı yerli azarkeşlərin təxribatı ilə əlaqədar UEFA-ya müraciət edib.

Sportfm.az xəbər verir ki, AFFA-nın Mətbuat xidmətindən verilən məlumata görə, Avropa futbol qurumunun Etika və Tənzimləmə üzrə icraçı-direktoru Ancelo Riqopulosa ünvanlanan məktubda Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanıb.

Bildirilib ki, təxribat xarakterli mesajlar olan bannerlərin nümayişi UEFA qaydalarının pozulmasıdır və qurumun nizamnaməsinin 16.2.e bəndinə əsasən, bütün assosiasiyalar və klublar bir və ya bir neçə tərəfdarın jestlərdən, sözlərdən, əşyalardan və ya hər hansı digər vasitələrdən istifadə edərək təxribat xarakterli mesaj ötürməsinə görə məsuliyyət daşıyırlar. Məktubda idmanda siyasi, ideoloji, dini və ya təhqiredici xarakter daşıyan təxribatlara yer olmadığı qeyd olunub.

AFFA sonda UEFA-dan məsələnin araşdırılmasını və müvafiq tədbir görülməsini xahiş edib.

Qeyd edək ki, "Pünik"in 0:2 hesablı məğlubiyyəti ilə başa çatan oyunda erməni millətçiləri tribuna üzərində ingilis dilində "Qarabağ Ermənistandır" və "Kosovo Serbiyadır" sözləri yazılmış pankart asıblar. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində "Axavnonu (Laçının Zabux kəndi) vermərik" sözü yazılmış pankart açıb.

Oxşar xəbərlər

UEFA Ermənistana intizam işi açdı - Təxribat
AFFA ermənilərin təxribatına münasibət bildirdi
AFFA UEFA və FIFA-ya müraciət edəcək - Təxribatçı hərəkəti ilə bağlı
UEFA-dan “Qarabağ”ın matçına xüsusi təyinat
AFFA-dan UEFA-ya müraciət - Xüsusi diqqət və həssaslıq tələb etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər