"Neftçi" "Şamaxı"üzərində qələbə qazandı -VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib.
Sportfm.az xəbər verir ki, günün ilk matçı Şamaxıda eyniadlı komanda ilə ötən mövsümün gümüş medalçısı “Neftçi” arasında olub. Şamaxı şəhər stadionundakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 80-ci dəqiqədə Emin Mahmudov vurub.
Bu nəticədən sonra “ağ-qaralar” 3 xalla 3-cü pilləyə yüksəliblər. Xalı olmayan bölgə təmsilçisi isə 9-cu pillədə qərarlaşıb.
Günün son görüşündə “Sabah” klubu “Sumqayıt”ı qəbul edəcək.
Qeyd edək ki, turun əvvəlki iki oyununda “Zirə” səfərdə “Kəpəz”i 2:1, “Qarabağ” isə evdə “Səbail”i 3:1 hesabı ilə məğlub edib. Tura avqustun 8-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
Oxşar xəbərlər
35-ci tura yekun vurulur - Misli Premyer Liqası
"Neftçi" "Kəpəz"ə qalib gəldi - Misli Premyer Liqası
"Neftçi" "Şamaxı"ya qalib gəldi - Misli Premyer Liqası
“Qarabağ” – “Neftçi” görüşü nə vaxt baş tutacaq? - Cədvəl müəyyənləşib
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası