reklam
Kiyev
Sportfm.az xəbər saytı

Kiyev "Dinamo"sundan qələbə, "Pünik" böyük hesabla uduzdu -Çempionlar Liqası


UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub. 

Sportfm.az xəbər verir ki, son oyun günündə də 5 görüş keçirilib.

Günün ilk qarşılaşmalarında Azərbaycan çempionu "Qarabağ" Macarıstan "Ferentsvaroş"u ilə heç-heçə edib, Nroveçin "Budyo Qlimt" komandası isə Litva "Jalgiris"nin qapısından 5 cavabsız top keçirib.

Bundan başqa, Hayfa "Makkabi"si İsraildə Kipr "Apollon"unu 4:0, "Srvena Zvezda" isə Serbiyada Ermənistan "Pünik"ini 5:0 hesabı ilə darmadağın edib.

Kiyev "Dinamo"su isə Polşada Avstriyanın "Şturm" klubuna minimal hesabla qalib gəlib.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

3 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan) - 1:1

Qollar: Kvabena Ovusu, 34 - Frank Boli, 17

20:00. “Budyo Qlimt” (Norveç) – "Jalgiris" (Litva) - 5:0

Qollar: Uqo Vetlesen, 33 (pen.). Amal Pelleqrino, 36. Lars-Yorgen Salvesen, 58. Marius Höybroten, 61. Runar Espeyor, 90+3

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr) - 4:0

Qollar: Matyö Pebern, 38 (avtoqol). Əli Məhəmməd, 54; 62. Frantsdi Pyero, 79

Qırmızı vərəqə: Vukaşin Yovanoviç, 60 ("Apollon")

22:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Şturm” (Avstriya) - 1:0

Qol: Aleksandr Karavayev, 28

22:45. “Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan) - 5:0

Qollar: Osman Bukari, 29; 44; 70. Kinqs Kanqva, 33. Stefan Mitroviç, 77

Qeyd edək ki, bu mərhələnin cavab matçları avqustun 9-da oynanılacaq.

Oxşar xəbərlər

Pley-offa yüksələnlər - Çempionlar Liqası
3-cü mərhələnin ilk oyunlarına yekun vurulacaq - Çempionlar Liqası
Emrelinin komandası qələbə qazandı - Çempionlar Liqası
Pley-off mərhələsinin cütləri - Çempionlar Liqası
"Qarabağ" və digərləri... 3-cü təsnifat mərhələsinin bütün cütləri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər