reklam
Qadın şahmatçılarımızdan olimpiadada möhtəşəm qələbə...
Sportfm.az xəbər saytı

Qadın şahmatçılarımızdan olimpiadada möhtəşəm qələbə...


Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

Sportfm.az xəbər verir ki, yığma III turda Yunanıstan seçməsini sınağa çəkib. Rəqibini məğlub edən milli komanda ardıcıl 3-cü qələbəsini qazanıb.

Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibləri ilə heç-heçə ediblər. Yeganə qalibiyyəti isə Gövhər Beydullayeva əldə edib.

Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda isə Finlandiyanı 4:0 hesabı ilə üstələyib.

Azərbaycan - Yunanıstan - 2,5:1,5

Günay Məmmədzadə - Stavrula Tsolakidu - 0,5:0,5

Xanım Balacayeva - Anastasiya Avramidu - 0,5:0,5

Gövhər Beydullayeva - Yekaterina Pavlidu - 1:0

Gülnar Məmmədova - Haritomeni Markantonaki - 0,5:0,5

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

 

Oxşar xəbərlər

Nərmin Abdinova Xanım Balacayeva ilə heç-heçə oynadı
Finlandiya önümüzdə aciz qaldı
Azərbaycan Finlandiyaya qarşı - Şahmat Olimpiadası
Millimiz toplanışa başladı
Şahmatçılarımız Batumidə Gürcüstanı məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər