reklam
Azərbaycan Finlandiyaya qarşı -
Sportfm.az xəbər saytı

Azərbaycan Finlandiyaya qarşı -Şahmat Olimpiadası


Kişi və qadınlardan ibarət Azərbaycan milli komandaları bu gün Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçirəcəklər.

Sportfm.az xəbər verir ki, kişilərdən ibarət yığma ikinci görüşünü Filippin seçməsinə qarşı keçirəcək. Komandamız ilk turda Əlcəzairi 4:0 hesabı ilə üstələyib.

Qadınlar isə bu dəfə Finlandiyanın müvafiq kollektivi ilə üz-üzə gələcək. Yığma ilk qarşılaşmasında Birləşmiş Ərəb Əmirliklərini məğlub edib – 4:0.

Ümumdünya Şahmat Olimpiadası
2-ci tur
30 iyul

Filippin – Azərbaycan

Mark Paraqua – Rauf Məmmədov
Rocerio Barcenilya – Qədir Hüseynov
Con Pol Qomes – Vasif Durarbəyli
Paulo Bersamina – Nicat Abbasov

Finlandiya – Azərbaycan

Anastasiya Nazarova – Günay Məmmədzadə
Yoanna Paasikanqas – Xanım Balacayeva
Tanya Tuominen – Gülnar Məmmədova
Sarabella Norlamo – Ülviyyə Fətəliyeva

Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Oxşar xəbərlər

Qadınlarımız kişilərimizdən daha ağıllıdı - Şahmat Olimpiadası
Yığmamız Qazaxıstanı məğlub etdi - Şahmat Olimpiadası
Azərbaycan millisi ilk məğlubiyyətini aldı - Şahmat Olimpiadası
Növbəti qələbə
Finlandiya önümüzdə aciz qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər