reklam
Dünya Çempionatına bunlar gedəcək -
Sportfm.az xəbər saytı

Dünya Çempionatına bunlar gedəcək -Siyahı


İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, mundialın son üç günündə sərbəst güləşçilər mübarizə aparacaq.

Azərbaycan millisi bu gün İtaliyaya yollanıb. Səfər ərəfəsində Azərbaycan Güləş Federasiyasının rəsmiləri yığma üzvləriylə görüşüb. İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov və olimpiya çempionu Toğrul Əsgərov komandaya Romada Avropa çempionatında olduğu kimi, uğurlu nəticə qazanmağı arzulayıb.
DÇ-də böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında Bəşir Verdiyev (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), Ağa Qasımov (60 kq), İlyas İsayev (65 kq), Ağanəzər Novruzov (71 kq), Şəmistan Axundov (80 kq), Rəvan Musayev (92 kq) və Yusif Dursunov (110 kq) mübarizə aparacaq.

Oxşar xəbərlər

Azərbaycan millisinin heyəti açıqlandı - Dünya çempionatı
Çempion millimiz belə qarşılandı - VİDEO
Sərbəst güləşçilərimizin ilk rəqibləri bəlli oldu - Avropa çempionatı
Güləşçilərimiz “Victory cup”da çıxış edəcək
Güləşçilərimiz dünya çempionatına yollandı SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər