“Neftçi”də yeni sponsor -“Liv Bona Dea Hospital”
Bu gün “Neftçi” yeni sponsorluq anlaşması imzalayıb. Paytaxt təmsilçisi “Liv Bona Dea Hospital”la əməkdaşlığa başlayıb.
Sportfm.az xəbər verir ki, “Bakcell Arena”nın konfrans zalında baş tutan imzalama mərasimində tərəflər 3 illik müqavilə bağlayıb.
Razılaşmaya əsasən, “Liv Bona Dea Hospital” “Neftçi”nin sağlamlıq sponsoru olacaq, “Neftçi”, “Neftçi-2”, və “Neftçi” Futbol Akademiyasının komandalarına ödənişsiz şəkildə müayinə, müalicə, tibbi baxış və s. kimi xidmət göstərəcək, komandaların dərman preparatları ehtiyaclarının qarşılanmasında dəstək olacaq. Əvəzində isə əsas komandanın ev oyunları zamanı stadionun ərazisində yerləşən reklam lövhələrində “Liv Bona Dea Hospital”ın fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus “Neftçi TV” və digər sosial media səhifələrində hospitalın da loqosunun yer alacağı paylaşımlar ediləcək və başqa marketinq xidmətləri göstəriləcək.
Oxşar xəbərlər
“Dalğa Arena”nın adı dəyişdirildi
Kenni Sayef geri dönür...
“Qarabağ”dan yeni sponsorluq müqaviləsi
"Neftçi" əməkdaşlıq müqaviləsi imzaladı - "Catapult” şirkəti ilə
Türkiyə şirkəti Azərbaycan klubu ilə müqavilə bağladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası