Türkiyə şirkəti Azərbaycan klubu ilə müqavilə bağladı
"Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub. Klubla "Nobel İlaç” əczaçılıq şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə edilib. Tərəflər 1 illik müqaviləyə imza atıb.
Sportfm.az xəbər verir ki, razılaşmaya əsasən, bu müddətdə "Neftçi”nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində şirkətin fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. "Neftçi TV” və kluba məxsus sosial media səhifələrində "Nobel İlaç”a məxsus məhsulların əmtəə nişanları yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək.
Beynəlxalq səviyyədə fəaliyyət göstərən və geniş coğrafiyanı əhatə edən "Nobel İlaç” 1964-cü ildə yaradılıb. "Nobel İlaç” müvəffəqiyyətinin yüksək olduğu əczaçılıq sənayesindəki 50 ölkəyə ixracatla Türkiyədə yeganə yerli dərman şirkətidi. Beynəlxalq standartlara uyğun istehsal olunan təsirli və yüksək keyfiyyətli məhsulları ilə həyat keyfiyyətini artırmağı hədəfləyən şirkət 20-dən çox ölkədə öz nümayəndəliyi ilə fəaliyyətini davam etdirir, peşəkar şəkildə təchiz edilmiş, 2500 nəfər işçisi olan böyük bir ailə olaraq evdə və xaricdə qlobal xidmət göstərir.
Oxşar xəbərlər
“Neftçi” ilə “Maximus” arasında müqavilə imzalandı - 1 illik
“Neftçi”də yeni sponsor - “Liv Bona Dea Hospital”
“Neftçi” AVIS-lə əməkdaşlığı davam etdirəcək - REKLAM
"Neftçi" əməkdaşlıq müqaviləsi imzaladı - "Catapult” şirkəti ilə
"Sumqayıt" "Kapital Bank"la yeni müqavilə imzaladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası