reklam
Voleybol millimiz nüfuzlu yarışların hazırlığına başladı
Sportfm.az xəbər saytı

Voleybol millimiz nüfuzlu yarışların hazırlığına başladı


Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına Bakıda start verib.

Sportfm.az xəbər verir ki, 5-ci İslam Həmrəyliyi Oyunlarına, eləcə də AÇ-2023-ün təsnifat mərhələsinə hazırlaşan komanda ilk məşqini “Murov” Voleybol Klubunun idman zalında keçirib.

25 idmançının cəlb olunduğu toplanışa Eldar Yusubov rəhbərlik edir. Ona Vüqar Əliyev və Emin Əbilov köməklik göstərirlər.

Azərbaycan yığması AÇ-2023-ün təsnifat oyunlarında Sloveniya, Gürcüstan və Avstriya seçmələri ilə birlikdə D qrupunda mübarizə aparacaq. Komandanın İslamiadadakı rəqibləri isə hələlik məlum deyil.

Oxşar xəbərlər

Millimiz Sloveniyaya yollandı
Voleybol yığmamız Belarusa qarşı - Yoldaşlıq görüşü
Azərbaycan millisi Belarusa gedir
Azərbaycan millisinin hazırlıq planı bilindi
Millimiz Bakıda hazırlaşır - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər