Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gimnast olimpiadanın qızıl medallarını satdı
Belaruslu gimnast 4 qat olimpiya çempionu və 2 qat olimpiya mükafatçısı Olqa Korbut medallarını hərraca çıxarıb.
Sportfm.az xəbər verir ki, Olqa 1972 və 1976-cı il Yay Olimpiya Oyunlarında qazandığı 5 medalın satışdan ümumilikdə 180 min dollardan çox gəlir əldə olunub.
1972-ci il Münhen olimpiadasında komanda yarışında və sərbəst hərəkətlər üzrə qızıl medallar müvafiq olaraq, 66 min dollar və 52,8 min dollara, barlarda hərəkət üzrə gümüş medal 24,6 min dollara satılıb. 1976-cı il Monreal olimpiadasında komanda yarışındakı qızıl medal alıcıya 57,6 min dollara, tir üzərində hərəkət üzrə gümüş medal 24,6 min dollara başa gəlib.
Hərrac evinin mükafatı ilə birgə Korbut 183,3 min dollar qazanıb.
61 yaşlı idmançı medallardan əlavə, 1973-cü ildə Böyük Britaniyanın paytaxtı Londonda çıxış etdiyi gimnast geyimini 3 min dollara, "Sports Illustrated" jurnalının üz qabığında təsviri ilə birgə avtoqrafı 49 dollara satıb. Onun 26 lot əşyası satılmamış qalıb.
Oxşar xəbərlər
Brayantın forması hərracda satıldı - 1,2 milyon dollara
Alişa 104 min dollara razı olmadı!
Olimpiada üçün büdcə 2 milyard dollara çatdı
Azərbaycan pəhləvanlarını 184 min dollara aldılar
Rio-2016: Medal sıralaması
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası