reklam
“Qarabağ” - “Lex” matçı 1-ci oldu -
Sportfm.az xəbər saytı

“Qarabağ” - “Lex” matçı 1-ci oldu -Azarkeş sayına görə


Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Sportfm.az xəbər verir ki, 15 oyunda ümumilikdə 95 min 262 tamaşaçı olub.

Bakıda keçirilən “Qarabağ” – “Lex” (5:1) matçı bu göstəricidə birincidir. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşü 27 min 652 fanat tribunadan izləyib.

“Dinamo” (Batumi, Gürcüstan) – “Slovan” (Slovakiya) matçı (20 min 22 tamaşaçı) 2-ci, “Ferensvaroş” (Macarıstan) – “Tobol” (Qazaxıstan) görüşü (17 min 347) 3-cü sıradadır. Digər qarşılaşmaların hər birində isə azarkeş sayı 10 mindən az olub.

Qeyd edək ki, Poznanda keçirilən “Lex” – “Qarabağ” oyunu da ilk matçlar arasında ən çox tamaşaçı toplayan görüş olmuşdu (25 min 118).

 

Oxşar xəbərlər

"Qarabağ"ın oyunu ikinci oldu - Avropada
“Qarabağ” – “Frayburq” matçı 6-cı sırada
“Qarabağ” – “Olimpiakos” matçı ilk 5-likdə
"Qarabağ" birinci oldu - Azarkeşlərin sayına görə
Azərbaycan Premyer Liqasında daha bir antirekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər