reklam
Azərbaycan 29-cu pillədə qaldı -
Sportfm.az xəbər saytı

Azərbaycan 29-cu pillədə qaldı -UEFA reytinqi


Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ötən gecə keçirilən cavab oyunlarından sonra UEFA-nın reytinq siyahısında dəyişikliklər olub.

Sportfm.az xəbər verir ki, "Qarabağ" Bakıda Polşa "Lex"ini məğlub etməklə (5:1) ölkəmizin aktivinə 0,250 xal yazdırıb.

Azərbaycan son 5 mövsüm üzrə xal sayını 12,875-ə çatdırsa da, 29-cu pillədə qalıb. 

Reytinq siyahısında dəyişikliklər aşağı pillələrdə baş verib. Lüksemburq 8,500 xalla 35-ci pilləyə yüksəlib. Hərəyə 8,375 xalı olan Finlandiya ilə Bosniya və Herseqovina 36-37-ci yerləri bölüşür. Xalını 8,125-ə çatdıran Litva 39-cu mövqeyə irəliləyib. Cəbəllütariq (5.541) 48-ci, İslandiya (5.416) 49-cu pilləyə irəliləyibsə, Uels (5.333) 50-ci mövqeyə düşüb.

Oxşar xəbərlər

"Neftçi" Azərbaycanın xal ehtiyatını artırdı - UEFA reytinqi
Qalib gəlsək də, yermizdə qaldıq - Reytinq cədvəli
Mahir Polşaya, Kadi Azərbaycana kömək etdi - Reytinq
Reytinqimiz artdı, 28-ci pilləyə yüksəldik - UEFA
"Qarabağ" Azərbaycanın reytinq xalını zənginləşdirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər