reklam
Mahir Polşaya, Kadi Azərbaycana kömək etdi -
Sportfm.az xəbər saytı

Mahir Polşaya, Kadi Azərbaycana kömək etdi -Reytinq


Polşa və Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib. 

Sportfm.az xəbər verir ki, bu, "Legiya"nın Avropa Liqasında, "Qarabağ"ın isə Konfrans Liqasında qrup mərhələsinin II tur matçlarındakı qələbələrindən sonra baş verib. Polşa təmsilçisi İngiltərə "Lester"i üzərində qalibiyyəti Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeganə qolu sayəsində qazanıb - 1:0. 

"Qarabağ" isə Kiprdə "Omoniya"nı darmadağın edib - 4:1.

Beləliklə, bu iki ölkə hərəyə 0,500 xal qazanıb. Nəticədə Polşa 15,875 xalla (bu mövsüm 4,625 xal) 2 pillə irəliyə - 26-cı mövqeyə yüksəlib. Azərbaycan isə 15,500 xalla (bu mövsüm 2,875 xal) 1 pillə - 28-ci mövqeyə qalxıb. 

Əvəzində Macarıstan 15,875 xalla (bu mövsüm 2,250 xal) 27-ci, Qazaxıstan isə elə 15,500 xalla (bu mövsüm 2,625 xal) 29-cu pilləyə geriləyib. 

Digər tərəfdən, "Omoniya"nın məğlubiyyəti üzündən Kipr siyahıda 1 pillə enib. Hazırda ada dövlət 24,375 xalla (bu mövsüm 2,125 xal) 17-cidir. Geriləməyə məruz qalan daha bir ölkə isə Türkiyədir - 23,900 xalla (bu mövsüm 3,500 xal) 19-cu yer.

Oxşar xəbərlər

Qalib gəlsək də, yermizdə qaldıq - Reytinq cədvəli
Azərbaycan 26-cı pilləyə yüksəldi - UEFA reytinqi
Azərbaycan UEFA reytinqində irəlilədi - 1 pillə
Şəhriyar Məmmədyarov 1 pillə gerilədi - FIDE reytinqi
Şəhriyar Məmmədyarov FİDE reytinqdə 4-cü pilləyə yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər