reklam
Runi ABŞ klubunda -
Sportfm.az xəbər saytı

Runi ABŞ klubunda -Razılaşma əldə olundu


ABŞ-ın Əsas Futbol Liqasında (MLS) çıxış edən “Di Si Yunayted” futbol klubu İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi ilə onun komandaya baş məşqçi təyin edilməsi ilə bağlı razılığa gəlib.

Sportfm.az xəbər verir ki, bu barədə “The Athletic” portalı məlumat yayıb.

Qeyd olunub ki, U.Runi artıq klub rəhbərliyi ilə görüşmək üçün ABŞ-dadır. Komanda hazırda MLS Şərq Konfransının turnir cədvəlində 13-cü yeri (axırdan ikinci) tutur.

Xatırladaq ki, U.Runi 36 yaşındadır. O, 2018-2020-ci illərdə “Di Si Yunayted”də çıxış edib.

Oxşar xəbərlər

Runi istefaya göndərildi
Koku istefaya göndərildi, Ueyn Runi baş məşqçi oldu
Futbolçu alkoqolu tərgitmək üçün mütəxəssis tutdu
Runi də ora köçdü
Ueyn Runi bir daha İngiltərə yığmasında çıxış etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər