reklam
Müharibə daha bir idmançının həyatına son qoydu
Sportfm.az xəbər saytı

Müharibə daha bir idmançının həyatına son qoydu


Ukraynada rəqs idmanı üzrə beynəlxalq yarışların dəfələrlə qalibi olmuş 20 yaşlı Darya Kurdel vəfat edib.

Sportfm.az xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.

Bildirilib ki, faciə iyulun 9-da səhər saatlarında Rusiya hərbçilərinin İnqulets mikrorayonunun atəşə tutulması zamanı baş verib. Həmin vaxt Darya və atası idman meydançasında məşq edirlərmiş.

Darya reanimasiya şöbəsində dünyasını dəyişib, atası isə həkim nəzarətindədir.

Qeyd edək ki, daha əvvəl Mariupolda 14 yaşlı ağır atlet Alina Perequdova və onun anası Rusiya hərbçilərinin açdığı atəş nəticəsində həlak olmuşdular.

Perequdova Ukrayna yığmasına namizədlər siyahısında olub və ötən il 17 yaşadək idmançılar arasında ağır atletika üzrə Ukrayna çempionatının qızıl medalını qazanıb

Oxşar xəbərlər

14 yaşlı ukraynalı çempion müharibə qurbanı OLDU
Ukrayna millisinin sabiq üzvü həlak oldu - Müharibə
16 yaşlı futbolçu anası ilə birgə öldürüldü - Ukraynada
Ukrayna çempionu ailəsi ilə birlikdə həlak oldu - Müharibə
Ağır atletika yığmamızın sabiq üzvü vəfat etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər