reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" - "Lex" -Mətbuat konfransının vaxtı məlum oldu


UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Lex” oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Sportfm.az xəbər verir ki, öncə media nümayəndələrinin qarşısına "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov çıxacaq. 50 yaşlı mütəxəssisin mətbuat konfransı sabah saat 17:30-da baş tutacaq. 17:50-də isə "Azersun Arena"da "Qarabağ"ın ilk 15 dəqiqəsi media üçün açıq olan məşqi keçiriləcək.

 

"Lex"in baş məşqçisi Con Van den Brom saat 18:40-da jurnalistlərin suallarını cavablandıracaq. Komandanın Tofiq Bəhramov adına Respublika Stadionundakı məşqi 19:00-da baş tutacaq.

Oxşar xəbərlər

"Qarabağ" - "Nant": Mətbuat konfransı
"Qarabağ"ın açıq məşqinin vaxtı bilindi
"Qarabağ" - "Dandolk" oyununun mətbuat konfranslarının vaxtı açıqlandı
Əvvəl Baqa, sonra Qurbanov
"Qarabağ" - "Kukesi" mətbuat konfranslarının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər