reklam
Mahir qol vurdu,
Sportfm.az xəbər saytı

Mahir qol vurdu, "Dinamo" qalib gəldi -Yoxlama görüşü


Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) bu gün yoxlama oyununa çıxıb. 

Sportfm.az xəbər verir ki, Xorvatiyanın son çempionu Sloveniyanın 2-ci liqasında mübarizə aparan "Nafta" ilə qarşılaşıb. Oyun "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Mahir də bu görüşün iştirakçısı olub. O,  46-cı dəqiqədə meydana daxil olub və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da 83-cü dəqiqədə Emreli vurub.

Xatırladaq ki, Zaqreb klubu Sloveniyadakı ilk yoxlama matçında Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya 3:0 hesabı ilə qalib gəlib.  Qolları Josip Drmiç, Komnen Andriç və Bruno Petkoviç vurub. Emreli həmin matçın əsas heyətində yer alıb və ikinci hissədə əvəzlənib.

28 iyun

Yoxlama oyunu

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Nafta" (Sloveniya) - 3:0

Qollar: Andriç Komnen, 41, Roberto Lyubiçiç, 68, Mahir Emreli, 83

 

Oxşar xəbərlər

Mahir Emreli kubok matçında qol vurdu
İlk qolu Mahir vurdu, "Dinamo" qalib gəldi - Xorvatiya çempionatı
Mahir "Dinamo"nun bərabərlik qolunu vurdu - Yoxlama oyunu
Mahir Emrelinin komandası növbəti matçına çıxır - Yoxlama oyunu
Emrelinin komandası qələbə qazandı - Yoxlama görüşü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər