Yeni mövsümə start verildi -Çempionlar Liqası
Çempionlar Liqasında 2022/2023 mövsümünə start verilib.
Sportfm.az xəbər verir ki, ilkin təsnifat mərhələsinin yarımfinalında San Marinonun "La Fiorita" və Andorranın "İnter" komandaları qarşılaşıb.
Oyun Andorra təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "İnter" bu qələbə ilə finala yüksəlib. Komanda iyunun 24-də oynanılacaq həlledici matçda bu gün yarımfinalda keçiriləcək "Levadiya" (Estoniya) - "Vikinqur" (İslandiya) görüşünün qalibi ilə qarşılaşacaq.
"La Fiorita" (San Marino) - "İnter" (Andorra) - 1:2
Qollar: Rinaldi, 45+2 (1:0), Soldevilla, 55 (1:1), 66 (1:2)
23:30."Levadiya" (Estoniya) - "Vikinqur" (İslandiya)
Qeyd edək ki, ilkin mərhələnin qalibi 1-ci təsnifat mərhələsində İsveç "Malmö”sü ilə qarşılaşacaq.
Oxşar xəbərlər
1-ci təsnifat mərhələsinin ilk oyunlarının nəticələri - Konfrans Liqası
Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atıldı
İlkin mərhələnin qalibi müəyyən oldu - Çempionlar Liqası
Çempionlar Liqasıında mövsümün ilk püşkü atıldı
Avropa Liqasının yeni mövsümünə start verildi - Andorra təmsilçisi qələbə qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası