Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mançini "Lester"dən imtina etdi
İtaliyalı mütəxəssis Roberto Mançini İngiltərənin son çempionu "Lester"in təklifini qəbul etməyib.
Sportfm.az xəbər verir ki, "Qalatasaray"ın sabiq baş məşqçisi bu komandaya rəhbərlik etməkdə maraqlı deyil.
Bu, onunla bağlıdır ki, "Lester" Mançininin hələ futbolçu kimi heyətində olduğu vaxtlar icarə əsasında 4 oyun keçirib.
Mançininin İngiltərədə iş təcrübəsi var. 52 yaşlı mütəxəssis 2009-13-cü illərdə "Mançester Siti"nin baş məşqçisi olub. İtaliyalının son iş yeri vətənində "İnter" olub. O, ötən yay Milan təmsilçisindən gedəndən sonra işsizdir.
Xatırladaq ki, "Lester" onu tarixində ilk dəfə ölkə çempionu edən digər italiyalı mütəxəssis Klaudio Ranyerini Çempionlar Liqasında "Sevilya"ya səfərdə 1:2 hesablı məğlubiyyətdən sonra qovub.
Oxşar xəbərlər
"Lester"də yeni baş məşqçi
72 yaşlı mütəxəssis karyerasını başa vurur
İtalyan mütəxəssis Rusiya klubu ilə müqavilə bağladı
"Lester"dən Çempionlar Liqasında yeni rekord
Roberto Mançini qovuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası