Rəşad Nəbiyev Yevlaxda region cüdoçuları ilə görüşdü -FOTO
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Yevlax şəhərində regionu təmsil edən məşqçilər və cüdoçularla görüşüb.
Sportfm.az xəbər verir ki, görüş zamanı Yevlaxda 120-dək gənc və yeniyetmənin cüdo ilə məşğul olduğu bildirilib. Nəbiyev bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub və maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını, məşqçi-müəllimlərin uşaqlar və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini verib.
O, cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin ACF-nin əsas məqsədlərindən biri olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Gəncədə cüdo təlim mərkəzinə baxış keçirildi - FOTO
Cüdoçularla görüş keçirildi - FOTO
Nəbiyev medal qazanan cüdoçularla görüşdü - FOTO
Qax rayonundan olan idmançılar federasiya prezidenti ilə görüşüb - FOTO
Federasiya prezidenti Sabirabada səfər etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası