“Əzmkarlığın hesabına qalib gəldik” -Fabio
Dubayda keçirilən futvole üzrə Dünya Çempionatının seçmə mərhələsinin ulduzlarından biri, Danimarka ilə qızıl medalları qazan əslən braziliyalı olan Fabio Sportfm.az saytına maraqlı açıqlamalar verib.
Kiko ilə komanda yoldaşı olan futvoleçi final görüşünün ağır keçdiyini, ancaq sonda toparlanıb qalib gəldiklərini deyib: “Çətin idi, xüsusəndə finalda. Lorenzo əla futvole oynayır, amma biz daha güclü idik. Kevinlərlə(BƏƏ-nin turnirdəki digər kollektivi) oyun da asan gəzinti deyildi. Hələ onların vurduqları şark zərbələrini demirəm. Düşünürəm ki, biz əzmkarlığın hesabına qalib gəldik”.
Fabio Bakıda baş tutacaq Dünya Çempionatında çıxış etmək istədiyini, bunun onlar üçün böyük təcrübə olacağını söyləyib:”Oyundan-oyuna, turnirdən-turnirə artırmalıyıq. Bilirəm ki, Bakıda “əjdahalar” olacaq(gülür(P.S braziliyalıları nəzərdə tutur). BƏƏ-də yaxşı çıxış etdik. Qapazaltı olmaq fikrimiz yoxdur. Çıxıb vuruşacağıq.”
Qeyd edək ki, futvole üzrə növbəti seçmə turnir 17-20 tarixlərində Gürcüstanın Batumi şəhərində keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan yığması Batumiyə geniş heyətlə yollanır
"Latsio"nun sabiq ulduzu futvoleni çox sevir - Blits müsahibə
Danimarka yığması Bakıya gəlir - Dünya çempionatı
Su İdmanı Sarayında futvole üzrə turnir baş tutacaq
Bakıda futvole şöləni - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qurban Qurbanovdan futbolda çox şey öyrəndim" - Ayxan Abbasov
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Millimizə seçimlər davam edir
-
“Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
-
Qurbanovun mətbuat konfransının vaxtı bilindi
-
U-17 dünya çempionatında Azərbaycanı 3 hakim təmsil edəcək














Misli Premyer Liqası