Bakıdakı dünya kubokunun son qalibləri müəyyənləşdi -SİYAHI
Bakıda təşkil olunmuş atıcılıq üzrə dünya kubokuna yekun vurulub.
Sportfm.az xəbər verir ki, bu gün turnirin son qalibləri müəyyənləşib.
Sürətli tapançadan atəşaçma üzrə 25 metr məsafəyə kişilərin komanda yarışında Koreya idmançıları Dayeyun Han, Jekyun Li, Yonq-Ho Song qızıl medal qazanıblar.
Qarışıq komandalar arasında “Dairəvi stend” (Skeet) yarışlarında isə ABŞ idmançıları qızıl, Almaniya gümüş medallar ilə ilk pillələrdə qərarlaşdılar. 3-cü yeri isə Çexiya və İtaliya təmsilçiləri qazanaraq, bürünc medalla yiyələniblər.
Beləliklə, dünya kubokunun yekunlarına görə Koreya Respublikasının komandası 5 qızıl və 3 bürünc medalla 1-ci yeri tutub. ABŞ 4 qızıl, 3 gümüş və 1 bürünc medalla ikinci, Fransa 3 qızıl, 2 gümüş və 1 bürünc medalla üçüncü olub. Ən çox medal qazanan ölkə isə Ukrayna olub – 2 qızıl, 4 gümüş və 3 bürünc. Buna baxmayaraq, sözügedən ölkə ümumi sıralamada 4-cü yerlə kifayətlənib. İlk “beşliy”i 2 qızıl və 3 gümüş medal qazanmış Hindistan qapayıb.
Oxşar xəbərlər
Azərbaycan yığması 17-ci oldu - Dünya çempionatı
Dünya kubokunun növbəti qalibləri bəlli oldu
Azərbaycan 2-ci yeri tutdu - Böyük Dəbilqə
143 medal qazanılıb - Rəqəmlər
XXIII Qış Olimpiya Oyunları başa çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası