Məşhur futbolçu karyerasını bitirdi -38 yaşında
Argentina millisinin keçmiş futbolçusu Karlos Teves karyerasını başa vurub.
Sportfm.az xəbər verir ki, bu barədə 38 yaşlı hücumçu özü açıqlama verib. Teves atalığı Sequndo Raymundonun ötən ilin fevralında koronavirusdan dünyasını dəyişməsindən sonra bu addımı atıb. O, Raymundonun ölümündən sonra oynamağa davam edə bilmədiyini açıqlayıb:
“Mən karyeramı bitirdim. Bu, artıq rəsmi qərardır. Aralarında ABŞ da olmaqla, bir çox ölkədən təklifim var idi. Amma futbola əlimdən gələni verdim, bəsdir. Ötən il oynamaq çox çətin idi. Əsas fanatımı itirdiyim üçün futbolla vidalaşdım”.
Teves son klubu Argentina “Boka Xuniors”undan 2021-ci ilin fevralında ayrılıb. O, əvvəllər Braziliyanın “Korintians”, İngiltərənin “Vest Hem”, “Mançester Yunayted”, “Mançester Siti” və İtaliyanın “Yuventus” kimi klublarının formasını geyinib.
Oxşar xəbərlər
Argentinalı hücumçu baş məşqçi oldu - Müqavilə
Karlos Teveslə yollar ayrıldı - Hara gedəcək?
Karlos Teves onlara lazımdır - FOTO
Argentinalı gedəcəyi vaxtı açıqladı
Karlos Teves Çində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası