"Bu dəfə fərqli olacaq" -Canni De Byazi
"İnanıram ki, budəfəki Millətlər Liqası ilk mövsümdəkindən fərqli olacaq".
Sportfm.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının I tur oyunundan əvvəl mətbuat konfransında deyib.
66 yaşlı mütəxəssis sabahkı matç üçün heyəti müəyyənləşdirdiyini söyləyib: "Yeni turnirə başlayırıq. İnanıram ki, səhvlərimizdən dərs götürüb, bu dəfə daha yaxşı çıxış edəcəyik. Çünki komandamın buna potensialı var”.
İtaliyalı baş məşqçi yığmanın Qazaxıstan, Slovakiya və Belarusla birlikdə yer aldığı C Liqasının III qrupu haqqında da danışıb: “Güclü qrupa düşmüşük. Slovakiya qrupun aşkar favoritidir. Digər üç komanda hər xal üçün döyüşəcək. Üç gündən bir oyun olacaq. Maksimum xallar toplamağa çalışacağıq.
Baş məşqçi heyətdə itkinin olmadığını sözlərinə əlavə edib: "İlk oyun çox önəmlidir. Uğurlu başlanğıc etmək vacibdir".
Qeyd edək ki, iyunun 3-də "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Oxşar xəbərlər
De Byazi indidə küləkdən bəhs etdi
3 futbolçu heyətdən çıxarıldı - Millətlər Liqası
“Sabah ən yaxşı heyətimiz meydanda olacaq” - Canni De Byazi
"Monteneqro ilə matç bizim üçün çox vacibdir" - Canni De Byazi
"Azərbaycan onlar kimi kombinasiyalı komandadı"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası