Bakı-2022 Dünya Kuboku yarışlarından ilk NƏTİCƏ
Atıcılıq üzrə Dünya Kubokunun bu gün Bakıda başlayan ilk yarışlarının nəticələri artıq məlumdur.
Sportfm.az xəbər verir ki, 10 m-lik tüfəng atıcılığı üzrə qadınlar və kişilər arasında keçirilən yarışlarda yarımfinallara keçən komandalar müəyyənləşib.
Qadınlar arasında yarışda 96 nəfər iştirak edib. Macarıstan, Fransa, Polşa, Danimarka, Fransa, Rumıniya və Koreyadan ümumilikdə 8 nəfər (Polşadan 2 nəfər) yarımfinala vəsiqə qazanıb. Ən yüksək xalı Macarıstan nümayəndəsi toplayıb.
Tüfəng atıcılığı növündə 78 kişi mübarizə aparıb. Serbiya, Qazaxıstan, İsrail, Hindistan, Macarıstan, Avstriya, Polşa, Xorvatiya atletləri yarımfinala keçib. Kişilər arasında ən yüksək nəticəni Serbiya nümayəndəsi nümayiş etdirib.
Azərbaycanı bu növdə 3 kişi, 4 qadın təmsil edib.
Oxşar xəbərlər
Stend atıcılığı üzrə Bakı kuboku keçiriləcək
Dünya kubokunun növbəti qalibləri bəlli oldu
Bakıda keçirilən atıcılıq üzrə dünya kubokunun ilk qalibləri - FOTO
Millimiz Avropa çempionatında iştirak edəcək
Azərbaycanın buraxılmadığı AÇ-da iştirak edəcək bütün komandalar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FİFA referimizə UEFA-dan təyinat
-
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib – yarım milyondan çox mənimsəmə
-
MOİK 3–1 “Karvan-Yevlax” - VİDEO
-
“Araz-Naxçıvan” “Qəbələ”yə, “Zirə” “Sumqayıt”a qarşı - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi açıqlandı














Misli Premyer Liqası