Mövsümün rəmzi komandası -Avropa Liqası
UEFA Avropa Liqasında 2021/2022 mövsümünün rəmzi komandası açıqlanıb.
Sportfm.az xəbər verir ki, rəmzi komandada Almaniyanın “Ayntraxt” və “Leyptsiq”, Şotlandiyanın “Reyncers” və İngiltərənin “Vest Hem” klublarının futbolçuları yer alıb.
Qapıçı: Kevin Trapp (“Ayntraxt”);
Müdafiəçilər: Kreyq Douson (“Vest Hem”), Martin Hinterreger (“Ayntraxt”), Kelvin Bassi (“Reyncers”);
Yarımmüdafiəçilər: Ceyms Tavernye (“Reyncers”), Konrad Laymer (“Leyptsiq”), Deklan Rays (“Vest Hem”), Filip Kostiç (“Ayntraxt”);
Hücumçular: Kristofer Nkunku (“Leyptsiq”), Rafael Borre (“Ayntraxt”), Rayan Kent (“Reyncers”).
Avropa Liqasının ən yaxşı futbolçusu “Ayntraxt”ın yarımmüdafiəçisi Filip Kostiç, ən yaxşı gənc oyunçusu isə onun komanda yoldaşı Ansqar Knauff seçilib.
Avropa Liqasında cari mövsümün qalibi finalda “Reyncers”i məğlub edən “Ayntraxt” olub.

Oxşar xəbərlər
Həftənin ən yaxşısı adına namizədlər - Avropa Liqası
Avropa Liqası və Konfrans Liqasında həftənin futbolçusu - Namizədlər
Avropa Liqasında həftənin rəmzi komandası
Hacı rəmzi komandada - FOTO
"Qarabağ"a qol vuran futbolçu rəmzi heyətdə - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası