reklam
Messinin PSJ-yə milyonlar qazandırdı -
Sportfm.az xəbər saytı

Messinin PSJ-yə milyonlar qazandırdı -700 milyon avro


PSJ mövsümü klub rekordu olan 700 milyon avro gəlirlə başa vuracaq.

Sportfm.az xəbər verir ki, bu göstərici Paris klubunun gəlirinin 637,3 milyon avro təşkil etdiyi 2018/19 mövsümünün nəticəsini üstələyir.

Xəbərdə bildirilir ki, argentinalı hücumçu Lionel Messi ilə müqavilə imzaladıqdan sonra PSJ-nin 11 yeni sponsorluq tərəfdaşı var. Buradan ümumi gəlir 310 milyon avroya çatmalıdır.

Eyni zamanda, 34 yaşlı argentinalının transferi forma satışına da təsir edib. Satılan formaların ümumi sayı 1 milyon ədəd olub. Onların 60 faizi Messinin adı ilə olan formalardır.

Oyunlardan gəlir də ötən mövsümdəki 93 milyon avrodan bu il 132 milyon avroya yüksəlib. Gəlirlərin 2022/23 mövsümündə artmağa davam edəcəyi gözlənilir.

Oxşar xəbərlər

İspaniya millisi milyonlar qazandı
Premyer Liqamızın dəyəri artdı
Son mövsümdə ən çox gəlir əldə edən klub hansıdır?
"Barselona" Arda Turana fantastik qiymət qoydu
Yayda 129 milyon avro xərcləyiblər!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər