"Qarabağ" dünya reytinqində "100-lük"də
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Sportfm.az xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.
Aktivində 136 xalı olan "köhlən atlar" ötən ayla müqayisədə 7 pillə irəliləyərək 99-cu yerə yüksəlib. Ağdam təmsilçisi Cənubi Afrikanın "Mamelodi Sandaunz", Almaniyanın "Bayer" (Leverkuzen) klubları ilə eyni xala malikdir. Son ölkə çempionu "Kolon Santa Fe", "Nyuells Old Boys" (hər ikisi Argentina) və "Dandolk" (İrlandiya) komandaları ilə eyni xalı toplayıb.
"Ağ-qaralar" isə 87 xalla 237-ci mövqedən 221-ci sırayadək irəliləyib.
İlk "3-lük"də 305 xalla "Çelsi" (İngiltərə), 304 xalla "Atletiko Mineyro" və 296 xalla "Palmeyras" (hər ikisi Braziliya) qərarlaşıb.
Oxşar xəbərlər
"Qarabağ" 9 pillə irəlilədi - Dünya reytinqi
“Qarabağ”ın mövqeyi bilindi - Dünya reytinqi
Komandamız reytinqdə gerilədi
"Qarabağ" daha 10 pillə irəlilədi - Dünya reytinqi
"Qarabağ" irəli, "Neftçi" geri - dünya reytinqi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası