"Qarabağ" irəli, "Neftçi" geri -dünya reytinqi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Sportfm.az xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" də var.
Aktivində 129 xalı olan "köhlən atlar" ötən ayla müqayisədə 2 pillə irəliləyərək, 106-cı yerə yüksəliblər. Niderlandın "Vitess", Argentinanın "Veles Sarsfild" və Ekvadorun "LDU Kito" klubları da eyni xala malikdir.
"Ağ-qaralar" isə 81,5 xalla 106-cı yerdən 107-ci sıraya geriləyib. Tunisin "Sfaksyen", Kot d İvuarın "ASES Mimozas" və ABŞ-ın "Filadelfiya Yunion" komandalarının da eyni xalı var.
Siyahıya 312 xalla İngiltərənin "Çelsi" klubu başçılıq edir. Braziliya "Palmeyras"ı (288) ikinci, "Atletiko Mineyro" (285) isə üçüncüdür.
Qeyd edək ki, IFFHS-in reytinq siyahısında əvvəllər 200 klub yer alıb.
Oxşar xəbərlər
"Qarabağ" 9 pillə irəlilədi - Dünya reytinqi
“Qarabağ” dünya reytinqində 78-cidir, bəs “Neftçi”?
"Qarabağ" irəlilədi - Dünya reytinqi
"Qarabağ" daha 10 pillə irəlilədi - Dünya reytinqi
"Qarabağ" dünya reytinqində "100-lük"də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası