reklam
Daha 3 federasiyanın statusu dayandırıldı -
Sportfm.az xəbər saytı

Daha 3 federasiyanın statusu dayandırıldı -Qərar


Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.

Sportfm.az xəbər verir ki, toplantıda bəzi idman federasiyaları ilə bağlı qərar verilib. Qurumun mətbuat xidməti bildirir ki, “Azərbaycan Atletika Federasiyası” İB, “Azərbaycan Ağır Atletika Federasiyası” İB, “Azərbaycan Basketbol Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib. 

Bundan başqa, "Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyası", “Azərbaycan Məktəb İdmanları Federasiyası” İB və “Azərbaycan Karlar İdmanı Federasiyası” İB-nin federasiya statusları dayandırılıb.

Qeyd edək ki, nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 20-yə çatıb. Ümumilikdə, 22 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.

 

Oxşar xəbərlər

Azərbaycanda 3 idman federasiyası ləğv edildi
Bir ad - iki federasiya - Birləşdilər
Bir neçə federasiya statusu dayandırıldı - Gənclər və İdman Nazirliyinin qərarı
Daha bir federasiya loqosunu dəyişdi - FOTO
Üç idman federasiyası ləğv olundu - Azərbaycanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər